Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinə gedib.
Globalinfo.az xəbər verir ki, bu, regionun tam azad edilməsindən sonra Rusiya liderinin ilk səfər olub.
Bildirilib ki, o Kurskda könüllülər, həmçinin bələdiyyə rəhbərləri ilə görüşüb.
Burada Putinlə birlikdə vilayətin qubernatoru Aleksandr Xinşteyn və Rusiya Prezidenti Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko da iştirak ediblər.
Qeyd edək ki, ötən ay Rusiyanın Kursk vilayətinin Ukrayna Sİlahlı Qüvvələrinin nəzarətindən azad edilməsi əməliyyatı başa çatıb.
Əliyar Xəlil
Globalinfo.az