“Prius” sürücüsünü döyüb maşınını əlindən aldılar – FOTOLAR

Samuxda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Globalinfo.az-a verilən xəbərə görə, dekabrın 14-də axşam saatlarında Gəncə şəhər sakini A. Abdürrəhmanov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək müştəri qismində əyləşən 2 nəfər naməlum şəxsin onu döyərək “Toyota Prius” markalı avtomobilini əlindən alaraq qaçırdıqlarını bildirib.

Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Sərxan Mürsəlov və Eşqin Mustafayev Samux rayon ərazisində saxlanılaraq aidiyyəti üzrə istintaqa təhvil verilib.

"Prius" sürücüsünü döyüb maşını əlindən aldılar

"Prius" sürücüsünü döyüb maşını əlindən aldılar

"Prius" sürücüsünü döyüb maşını əlindən aldılar