“Prius” avtobusa çırpıldı: yolda tıxac yarandı

Mərdəkan şosesi, Milli Aviasiya Akademiyasının yaxınlığında “Toyota Prius” markalı avtomobil 171 saylı marşrut xətti üzrə hərəkət edən avtobusla toqquşub.

Globalinfo.az Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, qəza səbəbindən Mərdəkan qəsəbəsi istiqamətində sıxlıq yaranıb.

Bildirilib ki, hadisə barədə yol polisinə məlumat verilib. Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.