Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sabiq maliyyə naziri Əvəz Ələkbərovun oğlu Zaur Əkbərovu Azərbaycan Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edib.
Globalinfo.az Zaur Əkbərovun dosyesini təqdim edir:
Zaur Əkbərov 1986-cı ildə anadan olub.
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin John Kennedy adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə “Unibank” KB-da başlamış, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009–2015-ci illərdə “Bank Respublika” ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.
2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018–2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.