WhatsApp Image 2026 02 16 at 17.29.26

Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Bu, Azərbaycanın yalnız siyasi dialoq deyil, həm də institusional və iqtisadi əməkdaşlıq səviyyəsində tərəfdaşlıq strategiyasını gücləndirdiyini göstərir”.

Bu sözləri Globalinfo.az-a politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Prezidentin Serbiyaya səfəri iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçdiyini açıq şəkildə nümayiş etdirdi:

“İmzalanan sənədlər çoxşaxəlidir və enerji, qida, iqtisadiyyat, mədəniyyət, media, gənclər və idman, tibbi sığorta və digər sahələrdə əməkdaşlıq mexanizmlərini nəzərdə tutur. Bu, iki ölkənin münasibətlərinin sistemli və uzunmüddətli xarakter daşıdığını və müxtəlif sahələrdə qarşılıqlı maraqların hüquqi baza ilə təmin olunduğunu göstərir. Belə çoxşaxəli yanaşma AzərbaycanSerbiya münasibətlərinin yalnız siyasi və diplomatik sferadan çıxaraq praktiki əməkdaşlıq səviyyəsinə keçdiyini nümayiş etdirir.

Energetika sahəsində imzalanan sənəd, qaz-turbinə əsaslanan elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması, Azərbaycanın Balkan regionunda enerji aktoru kimi rolunu möhkəmləndirir. Bu həm iqtisadi, həm də geosiyasi üstünlüklər yaradır və Serbiyanın enerji təhlükəsizliyinə töhfə verir. Eyni zamanda, qida təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi regionda ərzaq təminatının sabitliyini dəstəkləyir və Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını artırır”.

WhatsApp Image 2025 11 20 at 11.15.40

Politoloqun sözlərinə görə, digər sahələrdə imzalanan sənədlər də strateji əhəmiyyət kəsb edir:

“İqtisadiyyat, investisiya və ticarət sahələrində əməkdaşlıq qarşılıqlı layihələrin reallaşmasına hüquqi zəmanət verir, qarşılıqlı ticarət dövriyyəsini artırır və uzunmüddətli investisiya perspektivini təmin edir. Mədəniyyət və media sahəsində əməkdaşlıq isə iki ölkə arasında qarşılıqlı anlaşma, mədəni yaxınlaşma və ictimai diplomatiyanın gücləndirilməsi baxımından vacibdir. Gənclər və idman sahəsində əməkdaşlıq sosial və humanitar əlaqələri möhkəmləndirir, qarşılıqlı mübadilə proqramları və birgə tədbirlərin təşkili üçün imkan yaradır. Tibbi sığorta və səhiyyə sahəsində əməkdaşlıq isə vətəndaşların həyat keyfiyyətinin yüksəldilməsi və sosial təminat sahəsində birgə layihələrin icrasını təmin edir.

Bu çoxşaxəli əməkdaşlıq Azərbaycanın Balkan regionunda mövqeyinin gücləndirilməsi və həm Avropa ilə inteqrasiya, həm də regional əməkdaşlıq baxımından tərəfdaş şəbəkəsini genişləndirməsinə dair strateji mesaj verir. Səfər həmçinin çoxvektorlu xarici siyasətin davamını simvolizə edir və Azərbaycanın regional aktor kimi rolunu möhkəmləndirir.

Ümumilikdə, bu səfər və imzalanan sənədlər Azərbaycanın Balkan regionunda mövqeyini gücləndirdiyini və Avropada strateji tərəfdaş kimi çıxış etməyə hazır olduğunu göstərir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: