Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qələbə münasibətilə təbrik edib.
Globalinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm”