Prezident bir sıra sənədləri təsdiq etdi

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumu təsdiq edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Anlaşma Memorandumu 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb.

X X X

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş təsdiq edilib.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb.

X X X

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanunu təsdiq edib.

Qanuna əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələri qarşılıqlı tanınacaq və dəyişdiriləcək.