Sərnişin təyyarəsinə bomba qoyulması xəbəri yalan çıxıb – YENİLƏNİB

Afinaya enən “Ryanair” aviaşirkətinə məxsus təyyarəyə bomba qoyulması ilə bağlı məlumatın yalan olduğu üzə çıxıb.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Yunanıstanın ERT-1 telekanalı məlumat yayıb.

Bildirilib ki, “Boeing 738” tipli təyyarə yerli vaxtla saat 17:40-da (Bakı vaxtı ilə 19:40) Afina Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib.

Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib. Sərnişinlər və baqajda partlayıcı maddə olub-olmaması yoxlanılıb.

Hava gəmisində heç bir partlayıcı qurğu aşkar edilməyib.

***

Polşadan uçan “Ryanair” təyyarəsi bomba xəbərdarlığından sonra Afinaya enib.

Globalinfo.az xəbər verir ki, partlayış təhlükəsi ilə əlaqədar təyyarəni F-16 qırıcıları müşayiət edib. Xüsusi təyinatlılar da Afina beynəlxalq hava limanına gəliblər.

Boeing 738-in göyərtəsində 192 nəfərin olduğu qeyd edilir. Məlumata görə, hava limanında enişdən sonra layner xüsusi təhlükəsiz yerə aparılacaq.