Azərbaycan vətəndaşlığını qəbul etməyib Ermənistana köçən Qarabağ erməniləri burada təzyiqlərə məruz qalırlar.
Globalinfo.az xəbər verir ki, növbəti belə halla erməni vəkil Roman Yeritsyanın qardaşı üzləşib.
Bu barədə paylaşım edən Yeritsyanın qardaşının “qadağan edilmiş” yerdə dayandığı üçün şiddətə məruz qaldığını, üzünə zəhərli maddə püskürdüldüyünü bildirib.
O qeyd edib ki, hadisə zamanı polis müşahidə kamerasının açıq olduğunu unudub və baş verənlər lentə alınıb.
Qeyd edək ki, ermənilər 2023-cü ildə öz istəkləri ilə Qarabağı tərk etdikdən sonra bənzər hadisələrlə qarşılaşırlar.