pls

Tailand polisinə məxsus “Bell 212” helikopteri Praçuap Xiri Xan əyalətində qəzaya uğrayıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, hadisə Hua Hin şəhərindən 40 km cənubda baş verib. Nəticədə 3 nəfər həlak olub.

İlkin məlumata görə, bir nəfər paraşütlə maşından tullanaraq xilas ola bilib.

Şahidlər helikopter qəzaya uğramazdan əvvəl partlayış səsi eşitdiklərini iddia edirlər.

İstintaq təyyarənin qəzaya uğramasının səbəblərini müəyyənləşdirir.

Paylaş: