Polis bu 90 yaşlı kişini axtarır – FOTO

Mingəçevirdə itkin düşən 90 yaşlı kişi axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  Globalinfo.az-a verilən məlumata görə, Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlu  martın 16-sı səhər saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024)275-26-04 şəhər və (050)793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.