Pişiklərə işgəncə verdiyi deyilən qadın haqda açıqlama – VİDEO

Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Globalinfo.az-ın xəbərinə görə, DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, pişiklərə işgəncə verdiyi iddia edilən Siyəzən rayon sakini Aynur Hüseynovanın barəsində protokol tərtib olunub:

Xəyal Talıbov

“Həmin məsələ ilə bağlı Siyəzən rayon sakini Aynur Hüseynovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə) maddəsilə protokol tərtib olunub və onun sağlamlıq vəziyyətilə bağlı müvafiq ekspertiza təyin edilib”.