pezeskian 1

İran Prezidenti Məsud Pezeşkian ölkədə internetə çıxışın bərpa olunması barədə göstəriş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Bildirilib ki, dövlət başçısı əlaqə və kommunikasiya sahəsində tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması üçün aidiyyəti qurumlara tapşırıq verib.

Qeyd edək ki, son aylar İranda internetə çıxışda ciddi problemlər və məhdudiyyətlər müşahidə olunurdu.

Tahir Turan
Globalinfo.az

Paylaş: