Pensiya alanlara ŞAD XƏBƏR

Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-nə nəzərdə tutulub.

Bu barədə Globalinfo.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.