pasinyan yeni8 900x600 2

“Biz artıq sülhə çox yaxınıq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın vitse-prezidenti Cey Di Venslə görüşü zamanı deyib.

Paşinyan qeyd edib ki, Vensin Ermənistana səfəri tarixi və simvolik xarakter daşıyır və Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunması istiqamətində formalaşan misilsiz şərait fonunda həyata keçirilir.

Onun sözlərinə görə, bu səfər Ermənistanla Amerika Birləşmiş Ştatları arasında mövcud olan möhkəm və strateji tərəfdaşlığın dərinliyini nümayiş etdirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: