Paşinyan Zəngəzurda: “Sərhədi elə çəkəcəyik ki…”

Sünik vilayətində (Zəngəzur) olan Ermənistan Baş naziri Nikol Paşinyan sərhədyanı Çakaten kəndinin sakinləri ilə görüşüb.

Globalinfo.az Teleqraf.com-a istinadla xəbər verir ki, baş nazir kəndlilərə sərhədin demarkasiyasından sonra müəyyən edilmiş xətlərdə tikanlı məftillərin çəkiləcəyini deyib.

Paşinyan Çakaten sakinlərindən nə işlə məşğul olduqlarını soruşanda kəndlilərdən biri şikayətlənib ki, mal-qaraları tez-tez Azərbaycan tərəfinə keçirlər.

Baş nazir sakinlərlə sərhədin delimitasiya və demarkasiyası ilə bağlı danışaraq söyləyib ki, Tavuşdakı kimi burada da sərhədi demarkasiya etsələr, o zaman bir daha belə problemlər yaranmayacaq.

“Buradakı sərhəd xəttinə uğurla çatsaq, burada Voskepardakı kimi tikanlı məftil çəkəcəyik ki, inəklər o tərəfə keçməsinlər”, – Paşinyan qeyd edib.

Kəndlilər baş nazirə bunun ən yaxşı variant olduqlarını bildiriblər.