pasinyan yeni91

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyənin Bolu əyalətindəki Kartalkaya xizəkçilik mərkəzində 76 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı başsağlığı verib. 

Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə “X” hesabında paylaşım edib.

“Boluda xizəkçilik mərkəzində baş verən faciə şokedicidir. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, – paylaşımda qeyd olunur.

Xatırladaq ki, ötən Ermənistanın Xarici İşlər Nazirliyi də faciə ilə bağlı Türkiyəyə başsağlığı vermişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: