Türk lider Ermənistana gedir

Ermənistanın Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub. 

Globalinfo.az xəbər verir ki, danışıq zamanı ölkələr arasında ikitərəfli münasibətlər müzakirə olunub.

İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.

N.Paşinyan Qazaxıstan prezidentini Ermənistan Respublikasına rəsmi səfərə dəvət edib. Tokayev dəvəti qəbul edib.