
“Husilər Qırmızı dənizə doğru iki ballistik raket atıblar”.
Globalinfo.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
Məlumata görə, raketlərin heç bir ABŞ gəmilərinə ziyan vurmayıb.
“Mayın 25-də saat 03:50-də İranın dəstəklədiyi husilər Qırmızı dənizə doğru iki gəmi əleyhinə ballistik raket atıblar. Raketlər heç bir ABŞ-ın hərbi və ya ticarət gəmisinə ziyan vurmayıb”, – deyə Mərkəzi Komandanlığın məlumatında vurğulanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az