putin pasinyan 2

Ermənistan və Rusiya arasında təbii qaz tədarükünə dair uzunmüddətli müqavilələr qüvvədədir və tərəflərdən hər hansının öhdəliklərdən imtina etməsi və ya qiymətləri birtərəfli qaydada yenidən nəzərdən keçirməsi ehtimalı azdır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Qazın qiymətinə gəlincə, bizim uzunmüddətli müqaviləmiz var və tərəflərdən birinin bundan imtina edəcəyini düşünmürəm”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, belə bir addım “müqavilədənkənar davranış” kimi qiymətləndirilə bilər. Bununla yanaşı, İrəvan mövcud vəziyyətin inkişafı ilə bağlı müxtəlif ssenarilərin təhlilini davam etdirir.

Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan də jurnalistlərə açıqlamasında bildirib ki, Rusiyadan ölkəyə qaz tədarükü normal rejimdə davam edir və qiymətlərin dəyişdirilməsi ilə bağlı heç bir rəsmi bildiriş daxil olmayıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanda Rusiyadan alınan qazın bahalaşacağı təqdirdə, alternativ mənbələrdən, o cümlədən Azərbaycandan qaz alınması imkanının nəzərdən keçirilə biləcəyi istisna edilməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: