Ermənistan Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Onlar görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıblar. Həmçinin bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər”, – deyə bildirilib.
Məlumata görə, həmsöhbətlər 2026-cı il oktyabrın 18-dən 30-dək Ermənistanda keçiriləcək BMT-nin Bioloji Müxtəliflik Konvensiyasının Tərəflərinin 17-ci Konfransının təşkili və bu istiqamətdə əməkdaşlıqla bağlı məsələlərə də toxunublar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Əliyar Xəlil
Globalinfo.az