owl detail 620 7e30e6fd185320af6c8779fb6008bf57

Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş təkbətək formatda keçirilib.

Paşinyan danışıqlar zamanı ErmənistanRusiya münasibətlərinin xüsusi xarakterini vurğulayıb və ikitərəfli əməkdaşlığın intensivliyindən məmnunluğunu ifadə edib.

“Mən bizim aramızda inkişaf edən tərəfdaşlıq və dialoqdan çox məmnunam. Bu, həm şəxsi dialoqumuz, həm də qardaş ölkələrimiz arasında çox fəal qarşılıqlı münasibətlərlə özünü göstərir”, – deyə Paşinyan bildirib.

O, gündəmin ənənəvi olaraq gərgin qalmasına baxmayaraq ölkələr arasında əməkdaşlığın yüksək səviyyədə davam etdiyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: