Paşinyan narahatdır: Araik baş nazirin hansı sirlərini bilir?

Ermənistan Baş naziri Nikol Pasinyanın yaxın ətrafında narahatlıq artıb.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb.

Məlumata görə, xüsusilə Pasinyana qarşı sualların onun Azərbaycanla delimitasiya prosesini aktivləşdirməsindən sonra artıb:

“Onlar deyirlər ki, əslində biz real delimitasiya və demarkasiya yox, sadəcə birtərəfli güzəştlər görürük. Bizdə olan məlumata görə, onlar bildiriblər ki, Paşinyan əvvəldən onlara başqa şey deyib, amma indi tamam başqa işlər görür. Həmsöhbətlərimizdən biri həmçinin deyir ki, onun adamları arasında niyə Qarabağın keçmiş lideri Araik Arutyunyanın müsahibəsi ortaya çıxdıqdan sonra Azərbaycanın onun yayımlamaqdan imtina etməsiylə bağlı şübhələr artır. Onlar ehtiyat edirlər ki, yəqin ortada birbaşa şantaj var, yəni Pasinyan hansısa informasiyanın ortaya çıxmaması üçün səssizcə Azərbaycanın tələblərini yerinə yetirir”.

Əliyar Xəlil
Globalinfo.az