pasinyan

Nikol Paşinyan Gümrüdə keçirilən mitinqdə şəhər Ağsaqqallar Şurasına növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.

Globalinfo.az xəbər verir ki, o, dəqiq tarix açıqlamasa da, seçkinin parlament seçkilərindən sonra keçiriləcəyini bildirib.

“Gümrüdə növbədənkənar seçkilər keçirməli və xalq hakimiyyətini təsdiqləməliyik ki, şəhər inkişaf etsin. İnqilab Gümrüyə də fayda verməlidir”, — deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, şəhərin hazırkı müxalifətçi meri Vardan Qukasyan 2025-ci ilin martında keçirilən seçkilərdə qalib gəlsə də, ötən ilin oktyabrından korrupsiya ittihamı ilə həbsdədir.

Müxalif qüvvələrin dəstəyi ilə mer seçilən Qukasyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının şəhər rəhbərliyini təkbaşına formalaşdırmaq üçün yetərli səs toplaya bilməməsindən sonra vahid namizəd kimi irəli sürülüb.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 16 partiya və 2 siyasi blok iştirak edəcək.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: