Paşinyan: “Bir neçə saata qoşunların yeri dəyişə bilər” – Ermənistan sərhədə ordu yığır?

***09:00

“Hazırda nə Azərbaycan, nə də bizim tərəfimizdən sərhədə qoşun yığılır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan yerli İctimai TV-yə müsahibəsində bildirib.

“Ötən gün ərzində sərhəddə sadəcə bir güllə açılıb. Bu, eskalasiya vəziyyətinin demək olar ki, 0 olduğu mənasına gəlir. Sərhəddə heç bir gərginlik yoxdur. Lakin müasir dünyada hər an hər şey ola, bir neçə saata qoşunların yeri dəyişə bilər. Lakin Azərbaycanla məsələləri həll etsək, müharibə etməyin mənası qalmayacaq”, – Paşinyan deyib.

Ayşən Mustafa
Globalinfo.az