Ermənistanda növbədənkənar seçki – Qərbin yeni Paşinyan həmləsi

Qərb Ermənistanda növbədənkənar parlament seçkiləri tələbi irəli sürür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, Nikol Paşinyan gələn il növbədənkənar seçkilərin keçiriləcəyini istisna etmir:

“O, zamanın Ermənistan hakimiyyətinin əleyhinə işlədiyini yaxşı anlayır. Bir tərəfdən Paşinyanın partiyası getdikcə nüfuzdan düşür, digər tərəfdən isə yeni müxalifət qüvvələrinin formalaşması ehtimalı artır.

Belə çıxır ki, Qərb öz növbəsində Paşinyandan “sədaqət andı” tələb edir ki, Ermənistan tez bir zamanda Rusiyadan ayrılıb, Avropaya tərəf əyilsin.

Paşinyanın vədləri qarşılığında Qərb gözləyir ki, yeni seçkilər vasitəsilə anti-Rusiya parlamenti formalaşacaq və orada mütləq Respublika Partiyasının sədri Aram Sərkisyan və digər qərbyönlülər iştirak edəcək. Parlamentdəki müxalifət, rusiyayönlülər isə “evlərinə gedəcək”.

Zaira Akifqızı
Globalinfo.az