Paşinyan Aİ rəsmilərinə Bakı ilə münasibətlərdən danışdı

Nikol Paşinyan Delfin Pronkun rəhbərlik etdiyi Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komissiyasının üzvləri ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Paşinyan Aİ Şurasının Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə İrəvan və Bakı arasındakı münasibətləri müzakirə edib.

Nikol Paşinyan İrəvanın Bakı ilə əvvəllər əldə edilmiş razılaşmalara sadiq olduğunu deyib. O, söhbətin Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından getdiyini bildirib. Paşinyan Aİ-nin Ermənistandakı monitorinq missiyasını mühüm təhlükəsizlik amili adlandırıb.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Məsələləri Komissiyasının üzvləri İrəvandan sonra Tbilisi və Bakıya da səfər edəcəklər.

Əliyar Xəlil
Globalinfo.az