Bakı-Sumqayıt yolunda yaşanan vəziyyət sürücülərin ciddi narazılığına səbəb olub.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda yolun daimi avtobus zolağı səbəbindən nəqliyyatın hərəkətinin iflic olduğu görünür.
Noyabrın 14-də çəkilmiş kadrda avtobusların zolaqdan istifadə etmədiyi, buna baxmayaraq həmin zolağın boş saxlanıldığı əksini tapıb. Bu isə digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradaraq böyük tıxac formalaşdırıb.
Vətəndaşlar qeyd edirlər ki, avtobuslar zolağa girmədiyi halda onun daimi olaraq ayrılması əlavə yüklənmə yaradıb və yolun bir neçə saatlıq hərəkətini çətinləşdirib.
Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu istiqamətdə atdığı addımlar da son zamanlar ictimaiyyətdə narazılıq yaradır.
Günel Cəlil
Globalinfo.az