12de9da0 2d44 11ef 940a 357e22a29de7.jpg 1

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında ABŞ-la imzalanmış strateji tərəfdaşlıq sənədinin müddəalarının icrası barədə danışıb.

Globalinfo.az xəbər verir ki, o, bu sənədin Vaşinqtonun Ermənistanla əməkdaşlığa marağını daha da artıran əsas amillərdən birinə çevrildiyini bildirib.

“Bu diqqət çox aktivdir. Biz bunu alqışlayırıq. Sadəcə istəyirik ki, bu əməkdaşlıq ABŞ-la münasibətlərimizin məntiqinə tam və qarşılıqlı şəkildə uyğun formalaşsın”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi cari il imzalanıb və onun məqsədi iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əlaqələri dərinləşdirməkdir.

Tahir Turan
Globalinfo.az

Paylaş: