Parlamentdə Fransa tənqid edildi

“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri adiləşdirsin”.

Globalinfo.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Deputat bildirib ki, təəssüflər olsun ki, Azərbaycana dərs keçmək istəyən Fransa özü bu dəyərləri öz daxilində pozur: “Fransa bu gün Korsikada tamamilə insanlığa qarşı siyasət aparır. Orada insanlar öz dillərində danışmaq istəyirlər. Buna cavab olaraq Fransa silah gücünə o insanları öldürür, polis vasitəsilə ağlasığmaz işgəncələr verir. Onlar öz siyasi opponentlərini məhbuslara öldürtdürürlər. Fransa Azərbaycanda separatçı qüvvələri dəstəkləmək haqqı yoxdur. Bu gün Fransanı Korsikada insan haqlarını qorumağa çağırırıq. Bu məsələni BMT-də də qaldırmaq lazımdır. Çünki Fransa BMT TŞ-də daimi üzvdür. Artıq Azərbaycan fərqli Azərbaycandr. Biz görürdük ki, ikili standartlarla, subyektiv yanaşmalarla Azərbaycana qarşı hansı iddialar irəli sürülürdü. Bu gün isə öz ərazi bütövlüyünü bərpa etmiş, güclü təsirli dünyaya lazım olan Azərbaycan var. Fransa bilməlidir ki, bu qeyri-qanuni addımlara öz səsimizi qaldıracağıq”.