Dost ölkədə güclü partlayış: 25 ölü, 40 yaralı

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Pişin bölgəsində parlament seçkilərinə namizəd partiyanın ofisi yaxınlığında partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, komissarının müavini Cumma Dad Xan hadisə nəticəsində 25 nəfərin öldüyünü, 40 nəfərin isə yaralandığını açıqlayıb.

Bəlucistanın daxili işlər naziri Mir Zubair Xan Camali hadisə ilə bağlı müvafiq qurumlardan hesabat tələb edib.

Nazir xarici qüvvələrin Pakistanda qeyri-sabitlik yaratmaq istədiyini, bu hücumun seçki prosesinə təsir etməyəcəyini deyib.

Əliyar Xəlil
Globalinfo.az