“Dünyada plastik tullantılar sürətlə artır və bu, həm ətraf mühit, həm də iqtisadiyyat üçün ciddi problemdir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” mövzusunda tədbirdə səsləndirib.
Nazir müavininin sözlərinə görə, mikroplastiklər artıq içməli suda, dəniz məhsullarında, havada və hətta insan qanında belə aşkarlanıb.
O qeyd edib ki, hər il 430 milyon tondan çox plastik istehsal olunur və bunun böyük hissəsi bir dəfə istifadə edildikdən sonra tullantıya çevrilir, yalnız kiçik bir qismi təkrar emal edilir.
V.Kərimovun sözlərinə görə, mövcud tendensiya davam edərsə, 2060-cı ilə qədər plastik tullantıların həcmi təxminən üç dəfə arta bilər.
Zaira Akifqızı
Globalinfo.az