Qadın xəstə övladı üçün 10 min manat yığdı, sonra isə… – VİDEO

31 yaşlı Gəncə sakini Şəfiqə Əhmədova xəstə övladı üçün yığdığı 10 min manat əməliyyat xərcini onlayn oyunda uduzub.

Globalinfo.az xəbər verir ki, o bu barədə “Xəzər xəbər”ə danışıb.

“Birinci dəfə beş oyun təqdim etdilər. Ondan 12 manat 70 qəpik qazandım. Sonda isə səkkiz oyun təqdim etdilər. Bu səkkiz oyuna da 5 000 manat pul qoyduq. 15 000 manat qazandım. 12 manat 70 qəpik köçürüldü, amma 15 000 manat köçürülmədi. Pulumuz getdi. Bu pul da uşağın əməliyyat pulu idi”, – o bildirib.

Ş. Əhmədovanın 10 000 manatı geri almaq üçün cəhdləri boşa çıxıb.

DİN-dən bildirilib ki, hazırda pulun ölkə daxilində və ya ölkə xaricində olan şəxslər tərəfindən köçürülməsi ilə bağlı müvafiq sorğular göndərilib:

“Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.