Oskanyan: “Sülh sənədi imzalanır, biz isə o maddəni əlavə edə bilmədik”

“Hazırda masada sülh müqaviləsi sənədi  var, məndə olan məlumata görə, ciddi irəliləyiş əldə edilib və yaxın zamanda imzalana bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Biz o sənədə Qarabağ ermənilərinin müstəqilliyi, hüquqları ilə bağlı maddə əlavə etmək istəyirdik, lakin olmadı. Bildiyim qədərilə Qarabağ məsələsi tamamilə bağlandı, sülh sənədində bununla bağlı heç nə yoxdur. Məsələnin adı belə keçmir. İrəvan hakimiyyəti də buna meyillidir, razıdır. Bu mövzu artıq unutdurulur”, – V. Oskanyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az