viktor orban

Kreml Slovakiyanın Baş naziri Robert Fitsonun Ukraynanın Macarıstanın Baş naziri Viktor Orbanı şantaj etdiyinə dair fikirləri ilə razıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bəli, biz tamamilə bu fikirlə razıyıq. Məsələni başqa cür şərh etmək mümkün deyil, çünki vəziyyət məhz belədir”, – Peskov bildirib.

Robert Fitso Kiyev rəsmilərinin Viktor Orbanla bağlı açıqlamalarına münasibətdə qeyd edib ki, Ukrayna daha əvvəl Drujba boru kəmərləri vasitəsilə Rusiya neftinin ötürülməsindən imtina edəcəyini deyərək Macarıstanı təhdid edib. Kiyev hökumətinin bu addımı Budapeşt Ukraynanın Avropa İttifaqına üzvlüyünə qarşı çıxdığı üçün atdığını söylənilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: