Orban sərt danışdı: “O, tarixin ən pis rəhbəridir, qurtulmaq lazımdır”

Avropa Komissiyasının hazırkı sədri tarixin ən pis rəhbəridir. Ondan qurtulmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki. bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, yeni rəhbər baş nazir təcrübəsi olan siyasətçi təyin edilməlidir. Lakin Avropa Komissiyasının sədri postuna mümkün namizədlərin konkret adlarını çəkmək hələ tezdir.

“Bizim etməli olduğumuz şey indiki rəhbərlikdən qurtulmaqdır. Bu, indiyə qədər gördüyüm ən pis komissiyadır. Onlar immiqrasiya, genişlənmə və sair sahələrdəki öhdəliklərini yerinə yetirə bilmirlər. Ona görə də, Avropa Komissiyasının gələcək rəhbəri baş nazir kimi bir neçə illik təcrübəyə malik olmalıdır. Çünki o, müharibə, rəqabət və immiqrasiya kimi mürəkkəb mövzuları idarə edə biləcək”, – Orban vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az