“Brüssel Rusiya mediasına senzura qoyub, xəbərlərini qadağan edir”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O bildirib ki, məhz bu səbəbdən Avropa Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyindən xəbərsizdir:
“Rusiya mediasına öz məlumatlarını Avropa İttifaqında (Aİ) yaymağa icazə verilmir, lakin Ukrayna mediası ilə bağlı məsələ tam əksidir”.
Orban əlavə edib ki, Rusiya ilə Ukrayna arasında atəşkəs sonda əldə ediləcək:
“Amma Avropa qoşunlarının Ukrayna ərazisində qalmasına icazə verilərsə, bu, tam sülhə gətirib çıxarmayacaq”.
Əliyar Xəlil
Globalinfo.az