GettyImages 2161907551 1 scaled 1

Qəzza zolağında müharibəyə son qoymaq məqsədilə Misirdə keçirilən sammitdən sonra Macarıstanın Baş naziri Viktor Orban Avropadakı vəziyyətlə bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, o, Feysbuk səhifəsində ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki səylərini tərifləyib.

Qeyd edib ki, Trampın danışıqlardan imtina etməmək metodu ilə nəticə əldə etmək mümkündür:

“Trampın uğuru sübut edir ki, danışıqlardan heç vaxt imtina etmək olmaz. Danışıqlar olmadan sülh də olmaz. Biz avropalıların Trampdan nümunə götürməsinin vaxtıdır!”

Qeyd edək ki, sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəs sazişinə imza atıblar.

Tramp sövdələşməni son dərəcə çətin adlandırsa da, tərəflərin davamlı sülh əldə edə biləcəyinə ümid etdiyini bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: