“Macarıstan son dron insidentilə bağlı Polşanı tam dəstəkləyir. Onların ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Müharibə kölgəsində yaşamaq risklər və təhlükələrlə doludur. Ukraynadakı münaqişə də dayandırılmalıdır. Mən ABŞ Prezidenti Donald Trampın bununla bağlı həlli istiqamətindəki səylərini dəstəkləyirəm”, – deyə o bildirib.
Qeyd edək ki, 10 sentyabrda Rusiyaya məxsus “Şahid” PUA-ları Polşaya hücum edib.
Əliyar Xəlil
Globalinfo.az