Operativ Qərargah pandemiya ilə bağlı son məlumatı açıqladı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər müalicə alaraq sağalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 39, ikinci doza üzrə 6 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 29 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.