“Azərbaycanda 83 minə yaxın uşaq nikahdan kənar dünyaya gəlib”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, həmin uşaqların əhəmiyyətli hissəsinin 14–19 yaş arası qızlar tərəfindən dünyaya gətirilməsi cəmiyyətimiz üçün həm təhlükəli, həm də ciddi narahatlıq doğuran göstəricidir:
“Belə halların qarşısını almaq üçün ictimai qınaq vacibdir. Biz düşünməliyik ki, ailə institutunu necə daha effektiv şəkildə qoruya bilərik”.
Safura Bənnayeva
Globalinfo.az