papa scaled

Roma Papası XIV Leo həyatını itirən jurnalistlərin xatirəsini yad edib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb.

Papa həmçinin, söz azadlığının pozulmasını pisləyib.

O, mətbuat azadlığının həm açıq, həm də gizli formalarda təzyiqlərə məruz qaldığını bildirib:

“İnsanları qaynar nöqtələrdə həqiqəti çatdırmaq naminə canından keçən müxbirləri və reportyorları unutmamağa çağırıram”.

XIV Leo jurnalistikanı demokratiyanın dayaq nöqtəsi adlandıraraq, informasiyanın manipulyasiyalardan qorunmalı olan ümumi bir sərvət olduğunu vurğulayıb.

Paylaş: