İran və ABŞ nümayəndə heyətləri arasında Omanın paytaxtı Maskatda keçirilən danışıqlar barədə yeni açıqlama verilib.
Globalinfo.az-ın xəbərinə görə, Omanın xarici işlər naziri Bədr əl-Busaidi “X” sosial şəbəkəsində bildirib ki, tərəflər hansı sahələrdə irəliləyişin mümkün olduğunu müəyyən ediblər.
Nazirin sözlərinə görə, görüşlər həm İranın, həm də ABŞ-ın mövqelərinin daha aydın şəkildə ortaya qoyulmasına, eləcə də potensial razılaşma imkanlarının dəyərləndirilməsinə xidmət edib.
Bədr əl-Busaidi əlavə edib ki, Oman uyğun vaxtda danışıqların yenidən bərpa olunmasını planlaşdırır.
Xatırladaq ki, daha əvvəl İranın ali rəhbəri Ayətullah Əli Xamenei ABŞ-la danışıqların Türkiyədən Omana köçürülməsində israr edib. Eyni zamanda görüşlərdə yalnız nüvə məsələsinin müzakirə olunmasını istəyib.
Əliyar Xəlil