“Ölməz Alay”dan ABŞ-a çağırış: Ukraynada Rusiyaya qarşı müharibəni dayandırın!

“Onlar bizi Rusiyaya qarşı yönəltmək istəyirlər. Lakin bu müharibə Rusiya tərəfindən başladılmayıb. ABŞ Rusiyanı həddindən artıq tədbirlər görməyə məcbur edib və biz bunu çox yaxşı başa düşürük”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ölməz Alay”ın Parisdəki mitinqinə qatılan fransızlar bildiriblər.

“Bizi “Rusiyapərəst” və “Putinpərəst” və hətta faşist hesab edirlər. Lakin biz öz fikirlərimizə sadiq qalırıq. Çünki doğru tərəfdə olduğumuza inanırıq. Fransa hakimiyyətinin aqressiv anti-Rusiya ritorikası Parisin və Avropanın maraqlarına ziddir. Aİ-nin rolu Ukraynanı silahlandırmaq yox, sülh yaratmaq olmalıdır. Amma Aİ ABŞ-ın vassalıdır və bu gün biz öz maraqlarımıza xəyanət edirik. Biz Fransanın maraqlarını qorumalıyıq. Əgər Rusiya ilə ittifaq yaratsaq, o zaman həqiqətən böyük gücə çevrilə bilərik”, – mitinq iştirakçıları vurğulayıblar.

Məlumat üçün bildirək ki, Parisdə “Ölməz Alay”ın keçirdiyi aksiyaya yüzlərlə insan qatılıb. “Ölməz Alay” Böyük Vətən Müharibəsi iştirakçılarının və qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Rusiyada və bir sıra xarici ölkələrdə  keçirilən ümummilli tədbirdir. İlk dəfə 2012-ci il mayın 9-da yerli jurnalistlərin təşəbbüsü ilə Tomskda keçirilib, 2013-cü ildə isə ümumrusiyanı əhatə edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az