Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutka ərzində koronavirus (COVİD-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 3 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-19-a yoluxan 4 nəfər sağalıb.

Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 876 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 576 nəfər müalicə olunaraq sağalıb, hazırda 20 aktiv xəstə var. Bu günə qədər 10 280 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 472, bu günə qədər isə ümumilikdə 7 630 048 test icra olunub.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 660, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 963, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 199, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 246 nəfər təşkil edir.