Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 79 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 137 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 82, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 27, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 9 nəfərdir.