Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son məlumat

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 88 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Globalinfo.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 3 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 830 619 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 819 927 nəfər müalicə olunaraq sağalıb, 10 202 nəfər vəfat edib, aktiv xəstə sayı 490 nəfərdir.

Ölkədə son sutka ərzində 1 298, hazırkı dövrədək isə 7 573 368 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 252 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 75, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 117, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 10 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 958 032, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 368, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 410, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 048 nəfər təşkil edir.