Ölkədə pandemiya və vaksinasiya ilə bağlı son məlumat

20:33

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 4 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 829 494 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 819 115 nəfər müalicə olunaraq sağalıb, 10 175 nəfər vəfat edib, aktiv xəstə sayı 204 nəfərdir.

Ölkədə son sutka ərzində 1 721, hazırkı dövrədək isə 7 555 412 test aparılıb.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 595 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 331, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 107, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 130, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 953 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 985, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 901, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 845, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 901 nəfər təşkil edir.