Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 811 nəfər müalicə olunaraq sağalıb, 10 235 nəfər vəfat edib, aktiv xəstə sayı 221 nəfərdir.

***

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 190 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Globalinfo.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 23, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 7 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 960 051, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 465, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 749, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 698, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 139 nəfər təşkil edir.