Oğlu Vasif Talıbovun istefasına belə əl qaldırdı – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsindən azad edilib.

Talıbovun səhhəti ilə bağlı vəzifəsindən azad olunması ilə bağlı müraciəti səsə qoyularaq qəbul olunub.  İclasda V. Talıbovun özü iştirak etməsə də, deputat oğlu Seymur Talıbov iştirak edib.

Globalinfo.az xəbər verir ki, o da Ali Məclis üzvləri ilə birgə atasının istefasına əl qaldırıb.

Görüntünü təqdim edirik: